Vatsapda dələduzluq halları artıb – XƏBƏRDARLIQ
Son günlər vatsap istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım müşahidə olunur. Gundelik.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kod paylaşdığı halda, onun vatsap hesabı ələ keçirilir.
