Prezident İlham Əliyev: 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 qeqavat güc əldə etməyi gözləyirik
İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük. Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib. Artıq iki iri bərpaolunan enerji stansiyasının
