“ULTEL” MMC barəsində araşdırmalara başlanıldı
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi internet provayder şirkəti olan “ULTEL” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə araşdırmalara başlayıb. Gundelik.az xəbər verir ki, agentliyin öz təşəbbüsü ilə başladılan araşdırma rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlıdır. Araşdırmanın predmeti isə Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və
