Sabah hava necə olacaq?
Azərbaycanda martın 17-də havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8°
