Trampın Livan atəşkəsi İsraili təəccübləndirdi
Atəşkəs xəbəri İsrailin şimal bölgələrinə yayılan kimi, bu axşam Livandan atılan raketlər barədə xəbərdarlıq edən siqnallar üç dəfə səsləndi. Şimaldakı Nahariya şəhərinin səmasında İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirmək üçün havaya qalxdı və güclü partlayış səsləri eşidildi. Təcili yardım xidmətləri bildirdi ki, atəşkəs qüvvəyə minməzdən əvvəlki saatlarda qəlpə yaralanmaları nəticəsində ən azı üç nəfər
