Hansı hallarda şəxsə yüngül cəza təyin edilə bilər? – Rəsmi açıqlama
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində konkret iş üzrə qəbul etdiyi qərarında aşağı instansiya məhkəmələri tərəfindən Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilə biləcəyi halları açıqlayıb. Gundelik.az-ın məlumatına görə, Ali Məhkəmənin Cinayət kollegiyası hesab edib ki, şəxsə onun təqsirli bilindiyi maddənin və ya
