İyul 11, 2026
Baku

Xəbərlər

Dünya Siyasət Xəbərlər

İsrail və Türkiyə Bakıda razılığa gəldilər

İsrail və Türkiyə Suriyada fəaliyyət göstərən iki ölkənin hərbçiləri arasında istənilən arzuolunmaz insidentin qarşısının alınması ilə bağlı prinsipial razılığa gəlib və münaqişələrin qarşısının alınması üçün qaynar xətt yaradıb. Gundelik.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb. “Razılıq dünən iki ölkənin ortaq müttəfiqi olan Azərbaycanın vasitəçiliyi ilə bir aydan çox davam edən danışıqlardan

Read More
Ölkə Xəbərlər

Sabah 31 dərəcə isti olacaq

Bakıda və  Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət

Read More
Ölkə Xəbərlər

Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq

Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Gundelik.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında

Read More
Ölkə Xəbərlər

Həcc ziyarətinə getmək istəyənlər üçün kvota müəyyənləşdi

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota müəyyənləşib. Gundelik.az xəbər verir ki, bu barədə QMİ-dən məlumat verilib.. Bildirilib ki, bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri dolub. Heyətlə həmçinin 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Qurban bayramının namaz vaxtı açıqlandı

Qurban bayramının namaz vaxtı açıqlanıb. Gundelik.az xəbər verir ki, QMİ-nin Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcəkdir. “Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq

Read More
İqtisadiyyat Xəbərlər

Bitkoinin qiyməti ilk dəfə 111 min dolları keçib

Bu gün bitkoin ilk dəfə olaraq 111 000 dolları ötməklə özünün ən yüksək göstəricisinə çatıb. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, bu, ABŞ dollarının dəyər itirməsi fonunda baş verib. Məlumata görə, treyderlər artan institusional tələb səbəbindən kriptovalyutanın perspektivləri ilə bağlı getdikcə optimist olurlar. Bitkoin hazırda əvvəlki sessiyanın bağlanışından 1,7% artaraq 111,54

Read More
Ölkə Xəbərlər

Allahşükür Paşazadəyə yeni müavin təyin edildi – FOTO

Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib. Gundelik.az xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü iclasında məlumat verib. Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub. Gundelik.az  

Read More
Ölkə Xəbərlər

Sabah pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gundelik.az-a Fonddan məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Möminə xatun türbəsi bərpa olunacaq – SƏRƏNCAM

Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. Gundelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat

Read More
Ölkə Xəbərlər

Bu obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşdi

Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib. Gundelik.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qayda “Texniki təhlükəsizlik haqqında” qanunun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən hazırlanıb və Azərbaycan ərazisində fəaliyyətdə olan təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasını və vahid dövlət reyestrinin aparılması zamanı yaranan münasibətləri tənzimləyir.

Read More