İyul 12, 2026
Baku

Xəbərlər

Ölkə Siyasət Xəbərlər

Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqləndi

Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqlənib. Gundelik.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Qayda “Feldyeger rabitəsi haqqında” qanunun 3.2-ci maddəsinə əsasən hazırlanıb və diplomatik korrespondensiyaların Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan ərazisində və onun hüdudlarından kənarda daşınması qaydasını müəyyən edir./report Gundelik.az

Read More
Ölkə Xəbərlər

Polis Qaradağ və Nərimanovda 6 kq-dan artıq narkotik vasitə aşkarlayıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Gundelik.az xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində keçirilən tədbirlər nəticəsində 33 yaşlı E.Hüseynov və əvvəllər məhkum olunmuş 32 yaşlı O.Kazımov saxlanılıblar. E.Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobildən 5 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanıb. Bundan başqa, Nərimanov rayonu ərazisində

Read More
Siyasət Xəbərlər

Ermənistan və Azərbaycan nümayəndələri Moskvada görüşəcək? – AÇIQLAMA

Moskva təhlükəsizlik konfransında Ermənistan və Azərbaycan nümayəndələri arasında ayrıca danışıqlar planlaşdırılmır. Gundelik.az xəbər verir ki, bun barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov “İnterfaks”a müsahibəsində bildirib. “Əgər söhbət Rusiya, Azərbaycan və Ermənistan arasında rəsmi üçtərəfli görüşlərdən gedirsə, yox, bu görüş planlaşdırılmayıb. Tədbirin proqramı çox sıxdır, o, əlavə dar danışıqlar formatlarını ehtiva etmir”, – deyə

Read More
İqtisadiyyat Xəbərlər

Ötən il xarici dövlət borcunun əhəmiyyətli dərəcədə azalmasına təsir göstərən amil açıqlanıb

Hesabat ili ərzində avrobondların investorlara geri qaytarılması xarici dövlət borcunun əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuş, eyni zamanda dövr ərzində dəyişkən faiz dərəcələri ilə yeni kredit müqavilələri imzalanıb. Gundelik.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Ötən illə müqayisədə birbaşa xarici dövlət borcu 20,6% azalaraq

Read More
Ölkə Xəbərlər

2024-cü ildə 1 mlrd. manat büdcə ssudası verildiyi üzə çıxıb

2024-cü ildə büdcədə nəzərdə tutulmadığı halda 1 milyard manat həcmində ssudalar verilib. Gundelik.az xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a rəyində bildirilib. Qeyd edilib ki, 2024-cü il dövlət büdcəsi haqqında Qanunda büdcə ssudalarının verilməsi nəzərdə tutulmayıb. Buna baxmayaraq, faktiki olaraq büdcə təşkilatlarına, dövlətə məxsus publik hüquqi şəxslərə və

Read More
İqtisadiyyat Kateqoriya seçilməyən Xəbərlər

Emissiya olunan dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsi son illərin ən yüksək göstəricilərini nümayiş etdirib – RƏY

Emissiya olunan dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsi 2024-cü ildə son illərin ən yüksək göstəricilərini nümayiş etdirib. Gundelik.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Belə ki, hesabat ilində qısa (1 illik) və ortamüddətli (2 və 3 illik) dövlət istiqrazları emissiya edilib ki, onların da

Read More
Ölkə Xəbərlər

Onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edildi

Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır. Bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib. Əhməd İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı

Read More
Ölkə Siyasət Xəbərlər

İlham Əliyevə təbriklər gəlir

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Gundelik.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Allah-Təaladan Zati-alinizə cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyir, eləcə də

Read More
Ölkə Xəbərlər

Polis Ağcabədidə əməliyyat keçirdi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tariyel Həsənov və bir yeniyetmə saxlanılıb. Gundelik.az xəbər verir ki, idarələrində olan avtombilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onlar narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, T.Həsənov barəsində

Read More
Ölkə Xəbərlər

Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sarı xəbərdarlıq edilib. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 27-si gündüzdən 28-i axşamadək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və

Read More