Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi mayın 30-da saat 23:59-da başa çatacaq. Bu barədə Gundelik.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. Abituriyentlər ali
