Niyə Böyük Britaniya Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur?
Böyük Britaniyanın Orta Dəhlizə yanaşmasında strateji dəyişikliyin əsas səbəbi Londonla Çin arasında münasibətlərin yeni mərhələyə keçməsindən qaynaqlanır. Bunu real olaraq geoiqtisadi çevriliş də adlandırmaq olar. Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb. O bildirib ki, “Brexit”dən sonra Böyük Britaniyada ticarət sahəsində bir sıra problemlər yaranmağa başlayıb: “Bilavasitə ticarət sektoru yenidən dizayn
