İyul 9, 2026
Baku

İqtisadiyyat

İqtisadiyyat Xəbərlər

Neft qiymətləri artıb

ABŞ-nin xam neft ehtiyatlarının artması fonunda neft bahalaşıb. Gundelik.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 19 sent və ya 0,3% artaraq bir barel üçün 71,04 dollara çatıb. WTI neftinin fyuçersləri isə 15 sent və ya 0,2% artaraq bir barel üçün 65,57 dollar olub.

Read More
İqtisadiyyat Xəbərlər

“ABB” daşınmaz əmlaklarını hərraca çıxarır

2 aprel tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan bir sıra daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq. Gundelik.az xəbər verir ki, hərraca çıxarılan əmlaklardan biri Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 2,0 hektar torpaq sahəsidir. Əmlakın start qiyməti 60 000 manat müəyyən edilib. Hərracda iştirak üçün tələb olunan 10 faiz beh məbləği 6 000 manat təşkil edir.

Read More
İqtisadiyyat Xəbərlər

Anar Kərimova daha bir vəzifə verildi

Maliyyə nazirinin birinci müavini Anar Kərimova daha bir vəzifə verilib. Gundelik.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Anar Kərimov “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanın sığorta bazarı 4,3% kiçilib

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı toplanıb. Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır. Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon manat təşkil

Read More
İqtisadiyyat Xəbərlər

Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur. Gundelik.az xəbər verir ki, qeyd edilən həcmdə dizel yanacağı bu gün – fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Gundelik.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,34 ABŞ dolları və ya 1,83% ucuzlaşaraq 71,97 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73,31 ABŞ dolları təşkil edib.

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanla İran nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaqlar

Azərbaycanla İran arasında avtomobil və dəmir yolu ilə yükdaşımaların artırılması üzrə yol xəritəsi hazırlanacaq. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib. “İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə avtomobil və dəmir yolu ilə yükdaşımaların

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Vahid Ələkbərovun sərvəti nə qədərdir?

Azərbaycan əsilli biznesmen, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı insanları siyahısında 105-ci yerdə qərarlaşıb. Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg Milyarderlər İndeksi” fevral ayı üçün reytinq açıqlayıb.  Məlumata görə, Vahid Ələkbərovun sərvəti illik müqayisədə 2,27 milyard dollar, bu ilin əvvəlindən bəri isə 210 milyon dollar artıb. Beləliklə, onun sərvəti 24,9 milyard dollar olaraq qiymətləndirilib.

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanla İran elektrik enerjisinin ixracı məsələsini müzakirə edib

Energetika naziri Pərviz Şahbazovla İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Nazirlikdən Gundelik.az-a verilən məlumata görə, dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə yeni mərhələdə inkişafına təkan verdiyi məmnunluqla qeyd olunub.

Read More
İqtisadiyyat Xəbərlər

IDB Azərbaycanda kənd təsərrüfatının inkişafına 437 milyon dollar ayırıb

İslam İnkişaf Bankının (IDB) İcraçı Direktorlar Şurası Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılması məqsədilə 436,7 milyon ABŞ dolları vəsaitin ayrılmasını təsdiqləyib. Gundelik.az IDB-yə istinadən xəbər verir ki, vəsaitlər suvarma suyu itkilərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Azərbaycanın 2030-cu ilə qədər milli prioritetlərinə uyğun olaraq kənd yerlərinin dayanıqlı inkişafının təşviqinə yönəldiləcək. Layihə həmçinin “yaşıl artım”a, iqlim dayanıqlılığının gücləndirilməsinə

Read More