Nəqliyyatda kartdan əlavə məbləğ çıxılması iddiaları araşdırılacaq – Mərkəzi Bank
Azərbaycan Mərkəzi Bankı ictimai nəqliyyatda kartla ödəniş zamanı əlavə vəsaitin çıxılması ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Gundelik.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, kartdan əslində əlavə pul çıxılmır, sadəcə sistem balansın mövcud olub-olmadığını yoxlayır. “Əgər sərnişin kartda kifayət qədər vəsait olmadan ödəniş edərsə, sonradan karta
