İyul 10, 2026
Baku

Siyasət

Siyasət Xəbərlər

Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İranın səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. Gundelik.az xəbər verir ki, İranın səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb. Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı. Sonra dövlət başçısı səfirlə söhbət etdi. Prezident İlham

Read More
Siyasət Xəbərlər

İrandan Azərbaycana daha 21 nəfər təxliyə olunub

Bu gün səhər saatlarından “Astara” Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 21 nəfər təxliyə olunub. Gundelik.az apa-ya istinadən xəbər verir ki, onlardan 5-i Azərbaycan vətəndaşıdır. Ümumilikdə isə indiki saata qədər 21 nəfər təxliyə olunub ki, onların arasında Tacikistan, Pakistan, Çin və Fransa vətəndaşları var.

Read More
Dünya Siyasət Xəbərlər

Xameneinin müavini: İran ABŞ-la danışıqlar aparmayacaq

İran ABŞ-la danışıqlar aparmayacaq. Gundelik.az xəbər verir ki, bu barədə İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müavini Məhəmməd Moxber yerli televiziyaya müsahibəsində deyib. ABŞ-la dialoq üçün heç bir əsasın olmadığını bildirən Məhəmməd Moxberin sözlərinə görə, amerikalılara etimadları yoxdur. O, 1980–1988-ci illəri əhatə edən İran-İraq müharibəsinə işarə edərək, müharibəni istənilən qədər davam etdirə biləcəklərini bəyan

Read More
Siyasət Xəbərlər

Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1161 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub. Gundelik.az-ın məlumatına görə, fevralın 28-dən martın 4-ü saat 10:00-a qədər sərhədi 224 Azərbaycan vətəndaşı keçib. Bundan əlavə, Çinin 361, Rusiyanın 246, Pakistanın 76, Tacikistanın 99, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin

Read More
Siyasət Xəbərlər

İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Gundelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında edilən paylaşımda qeyd olunub. “Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”, –

Read More
Siyasət Xəbərlər

Milli Məclisin plenar iclasında

Martın 3-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova gündəliyə 8 məsələnin daxil edildiyini, birinci məsələnin Milli Məclisin qərar layihəsi olduğunu bildirib. O, qeyd edib ki, qanunvericiliyə uyğun olaraq iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında

Read More
Siyasət Xəbərlər

İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Gundelik.az xəbər verir ki, Dan Yorgensen dövlətimizin başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində

Read More
Siyasət Xəbərlər

XİN: İrandan vətəndaşlarını təxliyə etmək üçün 25-dən artıq ölkə müraciət edib

İrandan vətəndaşlarını Azərbaycan vasitəsilə təxliyə etmək üçün 25-dən artıq ölkədən müraciət edilib. Gundelik.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Qeyd edək ki, təxliyə prosesi Astara Sərhəd Gömrük-keçid məntəqəsindən həyata keçirilir.

Read More
Siyasət Xəbərlər

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib. Gundelik.az xəbər verir ki, təbrikdə deyilib: “Hörmətli xanım Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda

Read More
Siyasət Xəbərlər

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Gundelik.az xəbər verir ki, iclasın gündəliyində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi daxil olmaqla, ümumilikdə, 8 məsələ var. Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edəcək. Qeyd edək ki, plenar iclasa spiker Sahibə Qafarova sədrlik edir.

Read More