İyul 9, 2026
Baku

Siyasət

Ölkə Siyasət Xəbərlər

Diplomatlar Xankəndidə səfərdədir

Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə gəliblər. Gundelik.az xəbər verir ki, nümayəndə heyəti Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olur. Xankəndi şəhəri ilə tanışlıqdan sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçiriləcək. Gundelik.az

Read More
Ölkə Siyasət Xəbərlər

Milli Məclisin son iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyası üzrə iyulun 14-də keçiriləcək son iclasının gündəliyi açıqlanıb. Gundelik.az xəbər verir ki, iclasın gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3.

Read More
Siyasət Xəbərlər

28 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 8 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 28 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. Gundelik.az  xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət

Read More
Siyasət Xəbərlər

Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Gundelik.az  xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib. “9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız

Read More
Dünya Siyasət Xəbərlər

Moskvanın Paşinyana qarşı mövqeyi açıqlanıb

Rusiya Ermənistanın hazırkı hakimiyyəti ilə münaqişədə deyil, çünki ölkələr arasında ittifaqı qorumaq istəyi var. Gundelik.az xəbər verir ki, bunu Lenta.ru ilə söhbətində tarix elmləri namizədi, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev deyib. “Rusiyanın kursu təqribən belədir: biz Ermənistanla ittifaqı saxlamaq istəyirik və onu saxlamaq üçün səy göstərəcəyik. Bu o deməkdir ki, biz

Read More
Ölkə Siyasət Xəbərlər

Azərbaycanla İordaniya arasında Saziş təsdiqlənib

2025-ci il aprelin 28-də Əmman şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Gundelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata

Read More
Ölkə Siyasət Xəbərlər

İlham Əliyev Trampa başsağlığı verdi

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib. Gundelik.az başsağlığının mətnini təqdim edir: “Hörmətli cənab Prezident, Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından

Read More
Ölkə Siyasət Xəbərlər

Baş nazirdən yeni qərar

Nazirlər Kabineti “Hava məkanından istifadə və uçuş Qaydaları”nı təsdiq edib. Gundelik.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bundan başqa, hökumətin “Hava məkanından istifadə Qaydaları”nın və “Uçuş Qaydaları”nın təsdiq edilməsi barədə 15 yanvar 2013-cü il tarixli qərarları qüvvədən düşüb. Gundelik.az 

Read More
Ölkə Siyasət Xəbərlər

Azərbaycan və Səudiyyə Baş Qərargah rəisləri görüşdü

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruvayli Azərbaycan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevlə görüşüb. Gundelik.az xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb. Görüş zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi

Read More
Ölkə Siyasət Xəbərlər

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Milli Məclisin növbədənkənar sessiya çərçivəsində növbəti iclası iyulun 14-də keçiriləcək. Gundelik.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında məlumat verib. Gundelik.az

Read More