İyul 10, 2026
Baku

Siyasət

Siyasət Xəbərlər

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanıldı

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Gundelik.az xəbər verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb. Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq. Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı

Read More
Siyasət Xəbərlər

Prezident onları təltif etdi

Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Gundelik.az-ın məlumatına görə, sənəddə deyilir: “Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli “Əmək” ordeni ilə İsmayılov Elçin Əlpaşa oğlu “Tərəqqi” medalı ilə Aslanov Aslan Məmmədəli oğlu Bayramov Rizvan Fərmayıl

Read More
Siyasət Xəbərlər

Bu Fondun adı dəyişdirilə bilər

Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunub. Gundelik.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266,4 milyon manat olacaq

Read More
Siyasət Xəbərlər

DSMF-nin gələn il xərcləri nə qədər olacaq?

Dövlət sosial müdafiə fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində təsdiq ediləcək. Gundelik.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, bu

Read More
Siyasət Xəbərlər

Azərbaycan Ermənistanla yanaşı Rusiya ilə də müharibə aparırdı – Rektor

Azərbaycanın 1990-cı illərin əvvəllərində apardığı müharibə təkcə Ermənistanla deyil, həm də Rusiya ilə aparılırdı. Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev bu gün Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib. Onun sözlərinə görə, həmin dövrdəki “satqınlıq

Read More
Siyasət Xəbərlər

Qələbəmiz Ermənistan Konstitusiyasını da dəyişir – Zahid Oruc 

Qələbəmiz 90-cı illər işğalının və ərazi iddialarının proqramına çevrilən Ermənistan Konstitusiyasını da dəyişir. Konstitsiyamız da döyüşür- İrəvanda on illərdir düşmənçilik qanunları, kilsənin savaş ayinləri, nifaq kitabları, işğal dərslikləri dinc qonşuluq və əminamanlıq aktları ilə əvəzlənir. Gundelik.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bu gün Bakıda “XXI

Read More
Siyasət Xəbərlər

Baş prokuror: Azad olunmuş ərazilərdə xidməti fəaliyyət üçün bütün zəruri şərait yaradılıb

Azad olunmuş ərazilərdə əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb. Gundelik.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib. K.Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə hüquq qaydasının qorunması, qanunların düzgün icrasına nəzarət, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, həmçinin dövlət maraqlarının qorunması bu vəzifələrin

Read More
Siyasət Xəbərlər

Naxçıvanda “yaşıl enerji” layihələri üçün 688 hektar ərazi ayrıldı

Naxçıvan şəhərinin inzibati ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Gundelik.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, qoyuluş gücü ilkin mərhələdə 50 MVt olan, sonrakı mərhələdə isə ixrac imkanlarından asılı olaraq genişləndiriləcək günəş elektrik stansiyasının tikintisi məqsədilə Naxçıvan şəhərinin inzibati

Read More
Dünya Siyasət Xəbərlər

Şimali Koreyanın keçmiş lideri vəfat edib

Şimali Koreyanın keçmiş ali dövlət rəsmisi Kim Yonq-nam 97 yaşında xərçəng xəstəliyindən vəfat edib. Gundelik.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Məlumata görə, Kim Yonq-nam 1998–2019-cu illərdə KXDR Konstitusiyasına əsasən ölkənin ən yüksək rütbəli vəzifəsini – Ali Xalq Məclisinin (SPA) Rəyasət Heyətinin sədrliyini icra edib. KCNA-nın notasına əsasən, “Kim

Read More
Dünya Siyasət Xəbərlər

Rusiya İtaliyaya etiraz edib

Rusiya İtaliyaya rəsmi etirazını bildirib. Gundelik.az xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfirliyi “Telegram” kanalında məlumat yayıb. Bildirilib ki, noyabrın 4-də Rusiya səfirliyinin naziri-müşaviri Mixail Rossiyski İtaliya tərəfinin təşəbbüsü ilə İtaliyanın Xarici İşlər Nazirliyində olub. Görüş zamanı o, İtaliyada aparılan anti-Rusiya media kampaniyasına görə Moskvanın “kəskin narazılığını” ifadə edib. Səfirliyin bəyanatında qeyd olunur ki,

Read More