Almaniya müharibəyə hazırlaşır: yeni hərbi plan razılaşdırıldı
Aylarla aparılan siyasi müzakirələrdən sonra Almaniyanın koalisiya hökuməti orduda şəxsi heyətin artırılmasını nəzərdə tutan yeni hərbi planı razılaşdırıb. Gundelik.az xəbər verir ki, bu addım ölkənin 2035-ci ilə qədər 260 min nəfərlik ordu yaratmaq hədəfinə doğru mühüm mərhələ hesab edilir. Yeni modelə əsasən, bütün 18 yaşlı kişilərə məcburi, 18 yaşlı qadınlara isə könüllü əsasda sorğu göndəriləcək.
