İyul 10, 2026
Baku

Siyasət

Siyasət Xəbərlər

Əhməd İsmayılov Burhanettin Duranla görüşüb

“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib. Bu barədə Gundelik.az-a MEDİA-dan məlumat verilib. Görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlıq dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü

Read More
Siyasət Xəbərlər

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

“Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum”. Gundelik.az xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs Arayik Harutyunyan deyib. “Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini

Read More
Siyasət Xəbərlər

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib – TAM MƏTN

Milli Məclis bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsi ilə bağlı bəyanat qəbul edib. İqtisadiyyat.az xəbər verir ki, bəyanatda Avropa Parlamentinin qətnaməsi pislənilib, Azərbaycana qarşı sürülən əsassız ittihamların siyasi sifariş olduğu diqqətə çatdırılıb. Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini şiddətlə qınayır və

Read More
Siyasət Xəbərlər

Milli Məclisin növbəti plenar iclasının tarixi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb. Gundelik.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda bildirib ki, Milli Məclisin növbəti iclası dekabrın 23-da keçiriləcək. O qeyd edib ki, iclasın gündəliyi barədə məlumat veriləcək. Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında 10 məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

Read More
Siyasət Xəbərlər

Çin Xalq Respublikasının Sədri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb. Gundelik.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Məqsədyönlü rəhbərliyimizlə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir, ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir, ikitərəfli faydalı əməkdaşlıq durmadan inkişaf

Read More
Siyasət Xəbərlər

Volodimir Zelenski Azərbaycan liderini təbrik edib

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Gundelik.az xəbər verir ki, məktubda deyilir: “Çox hörmətli cənab Prezident. Zati-alinizin doğum günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin liderliyiniz sayəsində Azərbaycan müasir və uğurlu bir dövlətə çevrilmiş, beynəlxalq aləmdə öz rolunu və nüfuzunu inamla gücləndirərək, dövlət üçün mühüm nəticələrə, o cümlədən ərazi bütövlüyünün

Read More
Ölkə Siyasət Xəbərlər

Hansı şəxslərin Amnistiya ilə cəzadan azad ediləcəyi məlum oldu

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunanlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub. Gundelik.az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında”

Read More
Siyasət Xəbərlər

Milli Məclis Amnistiya aktını qəbul edib

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsinin müzakirəsi başa çatıb. Gundelik.az xəbər verir ki, qərar layihəsini parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub. O qeyd edib ki, qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiya tətbiq ediləcək. Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Read More
Dünya Siyasət Xəbərlər

Ukraynaya 90 milyard avro yardım ayrıldı

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Ukraynaya 90 milyard avro həcmində yardım göstərmək barədə razılığa gəliblər. Gundelik.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəhbəri Antonio Koşta “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Biz sazişə nail olduq. Ukraynaya 2026-27-ci illər üçün 90 milyard avro həcmində dəstək verilməsi haqqında qərar qəbul edildi”, – Koşta bildirib. Aİ-nin büdcə vəsaitləri

Read More
Siyasət Xəbərlər

Milli Məclisdə Avropa Parlamentinin qətnaməsi pislənilib

Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsi pislənilib. Gundelik.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova iclasda çıxışında bildirib ki, Avropa Parlamentində ölkəmizə qarşı ədalətsiz qətnamə qəbul edilib. Spiker bildirib ki, Avropa Parlamenti növbəti dəfə də beynəlxalq hüquqa zidd olan ənənəsini davam etdirib: “Bu qətnamə Avropa Parlamentinin beynəlxalq prinsiplərə etinasız

Read More