İyul 10, 2026
Baku

Siyasət

Dünya Siyasət Xəbərlər

Tramp: “Sülh Şurası” BMT ilə birlikdə işləyəcək

“Sülh Şurası” təşəbbüsü dünyada sülhün təmin olunmasında böyük rol oynayacaq və bu gələcək nəsillər üçün əvəzsiz bir miras olacaq. Gundelik.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərində Qəzza üzrə “Sülh Şurası”nın nizamnaməsinin rəsmi imzalanma mərasimində çıxışında qeyd edib. Prezident Tramp bildirib ki, “Sülh Şurası” tam şəkildə formalaşdıqdan

Read More
Dünya Siyasət Xəbərlər

“Sülh Şurası” təşkilatı rəsmi olaraq yaradıldı

Ağ Ev Davosda keçirilən mərasimdə “Sülh Şurası”nın yaradılmasını rəsmi olaraq elan edib. Gundelik.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Qeyd edilib ki, ABŞ lideri Donald Tramp təşkilatın nizamnaməsini imzalayıb. Gundelik.az

Read More
Dünya Siyasət Xəbərlər

ABŞ-nin müdafiə büdcəsi 2026-cı ildə 1 trilyon dolları keçir

ABŞ-nin müdafiə büdcəsi 2026-cı ildə 1 trilyon ABŞ dollarını keçir. Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində çıxışı zamanı bildirib. O qeyd edib ki, 2027-ci ildə bu məbləğin 1,5 trilyon ABŞ dollarına çatdırılması planlaşdırılır.

Read More
Siyasət Xəbərlər

İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb

Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb. Gundelik.az xəbər verir ki, imzalama mərasimində ABŞ Prezidenti Donald Tramp və onun Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edən ölkələrin liderləri iştirak edib. Gundelik.az

Read More
Siyasət Xəbərlər

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır. Gundelik.az-ın “Report”a istinadən məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində çıxışı zamanı deyib. “Ermənistan, Azərbaycan – mən demək istəyirəm ki, bu liderlərin bir çoxu mənim dostlarım oldu. Burada onlar mənim dostlarım oldular”, – o bildirib. Gundelik.az

Read More
Siyasət Xəbərlər

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edir

Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilir. Gundelik.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Read More
Siyasət Xəbərlər

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

22 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib. XİN-dən Gundelik.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər Azərbaycanla NATO arasında

Read More
Dünya Siyasət Xəbərlər

Trampla görüşmək üçün Davosa getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Davosa yollanıb. Gundelik.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.  Ukrayna lideri Davosda ABŞ Prezidenti Donald Trampla görüşəcək. Xatırladaq ki, D.Tramp yanvarın 21-də Davos İqtisadi Forumunda çıxışı zamanı ukraynalı həmkarı ilə görüşəcəyini bildirmişdi. Gundelk.az

Read More
Siyasət Xəbərlər

Azərbaycan səfiri Rusiya MN-də görüş keçirdi

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə bu ölkənin müdafiə nazirinin müavini Vasiliy Osmakov arasında görüş keçirilib. Gundelik.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Rusiyadakı Səfirliyi yayıb. Bildirilib ki, tərəflər görüş zamanı iki ölkənin Müdafiə Nazirliyi xətti ilə Azərbaycan və Rusiya arasında qarşılıqlı fəaliyyətə dair aktual məsələləri müzakirə ediblər. Bununla yanaşı, 2026-cı ildə qarşılıqlı səfərlər və

Read More
Dünya Siyasət Xəbərlər

Mahmud Abbas Putinlə görüşəcək

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Rusiyaya gedir. Gundelik.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, Mahmud Abbas bu gün Moskvaya gedəcək, sabah isə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Read More