Bakı metrosu sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sabah “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Gundelik.az səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq
