İyul 10, 2026
Baku

Ölkə

Ölkə Siyasət Xəbərlər

Prezident qəbul keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. Gundelik.az xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali

Read More
Ölkə Xəbərlər

Bakıda evdən dərs adı ilə çıxan məktəbli qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb. Gundelik.az xəbər verir ki, Nizami rayonu E.Süleymanov küçəsində yaşayan 17 yaşlı A.Rzayeva dərsə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Bu məktəb direktorları işdən çıxarıldı

Üç məktəb direktoru vəzifəsindən azad edilib. Gundelik.az xəbər verir ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta

Read More
Ölkə Xəbərlər

Rusiyaya narkotik satan şəxs 11 il axtarışdan sonra Azərbaycanda saxlanılıb

Azərbaycanda Tacikistan vətəndaşı Emomov Tagaymurod saxlanılıb. Gundelik.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 11 ildir ki, beynəlxalq axtarışda olub. İstintaqın məlumatına görə, Taqaymurod Rusiyaya kütləvi heroin tədarükçüsü olub. O, ölkəyə yüzlərlə kiloqram narkotikin gətirildiyi kuryer şəbəkəsini idarə edibmiş. Onun bir sıra şərikləri artıq Rusiyada mühakimə olunub və cəzalarını çəkdikdən

Read More
Ölkə Xəbərlər

“Atlant” istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək? – Məhkəmə

Dələduzluq və digər cinayət əməllərində təqsirləndirilənlər “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. Gundelik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfləri cavabdeh olan MTK-nın balansında olan bütün daşınmaz əmlakların siyahıya alınaraq üzərilərinə həbs qoyulması ilə bağlı vəsatət

Read More
Ölkə Xəbərlər

İmişlidə pambıq sahəsində yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Qaralar kəndi yaxınlığında pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub. Gundelik.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib. Əlavə

Read More
Ölkə Xəbərlər

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə bağlı yeni qərar

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı təsdiqlənib. Gundelik.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Həmin qurumlar aşağıdakılardır: 1. “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs. 2. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs və onun tabeliyindəki “Kommunal Laboratoriyalar” Məhdud Məsuliyyətli Cəmiyyəti. 3. “Azərbaycan

Read More
Ölkə Xəbərlər

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Gundelik.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib. Bildirilib ki, 42 saylı Sumqayıt birinci, 58 saylı Xaçmaz kənd, 108 saylı Ağstafa seçki dairələrinin tərkibində dəyişiklik edilib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Azərbaycanda bu məmurlar cərimələnəcək

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. Gundelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişiklikdə əksini tapıb. Beləliklə, “İcra məmurları haqqında” qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri

Read More
Ölkə Xəbərlər

“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə” dəyişdi

Prezident İlham Əliyev 11 fevral 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib. Gundelik.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra sözügedən sistemə məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsi ilə yanaşı, icra sənədləri üzrə ödənilməli olan vəsaitlər,

Read More