İlham Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevi təbrik edib. Gundelik.az təbrikin mətnini təqdim edir: “Hörmətli Kasım-Jomart Kemeleviç, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə mənə ünvanladığınız təbrik məktubunuza görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə bu əlamətdar ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
