Sabah yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21°
