Bəxtiyar Musayevə AFFA-da vəzifə verildi
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib. Gundelik.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib. O, Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub. Qeyd edək ki, B.Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib. Gundelik.az
