Musiqi sənəti istiqaməti üzrə test imtahanı keçirildi
İyulun 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçirilib. Bu barədə Gundelik.az-a DİM-dən məlumat verilib. İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub. İxtisas imtahanlarında uğur qazanan 1074 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak
