Mərkəzi Bank yeni rəqəmsal platformaları istifadəyə verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal maliyyə ekosisteminin inkişafı, məlumatlılığın artırılması, tərəfdaşlarla effektiv kommunikasiyanın gücləndirilməsi çərçivəsində yeni informasiya platforması olan veb-saytı və sosial media səhifələrini istifadəyə verib. Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, maliyyə texnologiyalarına və innovasiyalara həsr olunmuş yeni veb-sayt fintech.cbar.az ölkədə rəqəmsal maliyyə ekosistemində baş verən ən son yenilikləri, sektorun tənzimləyicisi
