İyul 14, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Ceyhun Bayramov ABŞ-nin Ticarət Missiyasının nümayəndələrini qəbul etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı cari ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin

Read More
Ölkə Xəbərlər

Sabah 35 dərəcə isti olacaq

Sentyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək.

Read More
Ölkə Xəbərlər

Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb. Gundelik.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Partlayış səsləri eşidiləcək – Nazirlikdən xəbərdarlıq

Pirəkəşkül və Ağdərədə 8-12 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Gundelik.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək: “Partlayış səsləri

Read More
Ölkə Xəbərlər

“Oligarx” restoranında nöqsanlar aşkarlandı

Bərdə rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Samir Səfiyar oğlu Bayramova məxsus “Oligarx” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış təkrar baxış zamanı ilkin yoxlamada aşkarlanan nöqsanların aradan qaldırılmadığı məlum olub. Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən Gundelik.az-a verilən məlumata görə, restoranda ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, emal zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi,

Read More
Ölkə Xəbərlər

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 10 %-dən çox artıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin yanvar-iyun aylarını 12,669 milyon manat mənfəətlə başa vurub. Gundelik.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur. I yarımildə İKZF-nın faiz gəlirləri 54,430 milyon manat (illik müqayisədə 21,8 % çox), faiz xərcləri 34,563 milyon manat (28,4 % çox), gözlənilən kredit zərəri 662

Read More
Ölkə Xəbərlər

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Sentyabrın 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 qumbara və 6 tüfəng aşkar edərək götürüblər. Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Prezident Emoməli Rəhmonu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Gundelik.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Sizin müdrik rəhbərliyiniz altında qardaş

Read More
Ölkə Xəbərlər

Bakıda 20 nömrəli məktəbin direktoru işdən çıxarıldı

Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb. Gundelik.az Teleqraf-a istiandən xəbər verir ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva direktor vəzifəsindən azad edilib. Qeyd edək ki, E.Ağayeva bu vəzifəyə 2020-ci ilin iyul ayında təyin olunmuşdu. O, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Bu ilin 8 ayında 36 mindən çox şəxsə əlillik təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ilin yanvar-avqust ayları ərzində 36,2 min şəxsə əlillik təyin edib. Bu barədə Gundelik.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 16,2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin

Read More