Məktəb avtobuslarının qiyməti ilə bağlı narazılıq – VİDEO
Altı gündür fəaliyyətə başlayan və cəmi 10 məktəbi əhatə edən məktəb avtobusları layihəsi sosial şəbəkələrdə çoxsaylı narazılıqlara səbəb olub. Gundelik.az Xəzər TV-yə istinadən xəbər verir ki, valideynlər avtobusların aylıq qiymətlərinin baha olduğunu deyirlər. Çünki bir uşaq üçün qiymət aylıq 200-250 manat arasında dəyişir. Xırdalan şəhərindən Bakıdakı 132-134 nömrəli məktəbə gediş-gəliş aylıq qiymət 240 manat təşkil
