Bənəniyar su anbarında balıqların kütləvi tələf olması araşdırılıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun tapşırığına əsasən, qurumun Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirib. Gundelik.az agentliyə istinadən xəbər verir ki, baxışın məqsədi ötən gün anbarda suyun səviyyəsinin azalması nəticəsində balıqların kütləvi tələf olması faktını yerində araşdırmaq olub.
