İyul 12, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Hakan Fidanın müavini Bakıya gəlib

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycanda səfərdədir. Gundelik.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Nazir müavini Bakıda siyasi məsləhətləşmələrdə iştirak edəcək. Berris Ekinci Türkiyə səfirliyində olub, Fəxri və Şəhidlər xiyabanlarını və Türk şəhidliyini ziyarət edib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

“MTV” kanalı dörd min manatadək cərimə ediləcək

Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinq nəticəsində “MTV” televiziya kanalının efirində 22 oktyabr 2025-ci il tarixdə saat 20.31-21.24 arası yayımlanan “Toya gəlmişik” proqramının yayımı zamanı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 9.3-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunmuşdur. Bu barədə Gundelik.az-a Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı

Read More
Ölkə Xəbərlər

Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib. Bu barədə Gundelik.az-a Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib. Keçid balı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Poliklinikalarda elektron növbə konsepti fəaliyyətə başlayıb

Hazırda Azərbaycanda poliklinikalarda elektron növbə ilə bağlı işlər aparılır. Gundelik.az xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, bu yaxınlarda bir çox tibb müəssisələrində elektron növbə konsepti fəaliyyətə başlayıb. “Tədricən bu layihə bütün ölkəni əhatə edəcək”. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlandı

Azad olunan ərazilərdə oktyabrın 20-dən 26-na qədər 83 tank əleyhinə mina, 143 piyada əleyhinə mina, 5498 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, 1644.6 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və

Read More
Ölkə Xəbərlər

Daha 16 itkin-şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 16 şəhid dəfn olunacaq. Gundelik.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Bəzi rayonlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda oktyabrın 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısa müddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yüksək dağlıq ərazilərdə – Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında isə qar yağıb. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 13, Balakəndə 6, Şahbuzda 5, Zaqatalada 4,

Read More
Ölkə Xəbərlər

İtkin düşən şəhidimizin nəşi tapıldı

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb. Gundelik.az Teleqraf-a istinadla xəbər verir ki, şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tarpşılacaq. Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır. Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil

Read More
Ölkə Xəbərlər

Azər Maqsudova hökm oxundu

Tanınmış Alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudova hökm oxunub. “Report” un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. A.Maqsudov cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.

Read More
Ölkə Xəbərlər

Tramp Rusiyaya əlavə sanksiyalar tətbiq edə bilər

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.  Gundelik.az xəbər verir ki, o, jurnalistlərin Moskvaya qarşı sanksiyalarla bağlı sualına, “Bunu tezliklə öyrənəcəksiniz” sözləri ilə cavab verib. Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Naziri Scott Bessent tezliklə anti-Rusiya sanksiyalarının əhəmiyyətli dərəcədə artırılacağını açıqlamışdı. O, həmçinin bildirib ki, Tramp Moskva və Kiyev arasında münaqişənin

Read More