“Daily Mail”: “Qarabağ”-“Çelsi” oyunu azarkeşləri gərginlik içində saxlayan futbol ziyafəti idi
Dünən Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Avropa qitəsinin futbol ictimaiyyətinin diqqətini cəlb edən oyun keçirildi. Ağdamın “Qarabağ” klubu Bakıda “dünyanın ən yaxşı klubu”nu – klublararası dünya çempionatının qalibi olan “Çelsi”ni (London) qəbul etdi. Bu görüşü 90 dəqiqə ərzində azarkeşləri gərginlik içində saxlayan futbol ziyafəti adlandırmaq olar. “Qarabağ” bir daha Avropaya qitə nəhənglərini heyrətləndirməyə hazır
