İyul 11, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Ordubadda erkən nikahın qarşısı alındı

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb. Gundelik.az xəbər verir ki, rayonun Tivi kəndində 36 yaşlı şəxslə 17 yaşlı qız arasında planlaşdırılan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb. Erkən nikahın qarşısının alınması məqsədilə tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.

Read More
Ölkə Xəbərlər

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 16-20 dərəcə isti olacaq.

Read More
Ölkə Xəbərlər

Sumqayıtda kirayə yolu ilə yeni mənzillər satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən yaşayış kompleksində 207 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Gundelik.azFonda istinadən xəbər verir ki, yaşayış sahəsi 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır. Yeni mənzillər seçim üçün 28 noyabr 2025-ci il tarixində saat 15:00-dan etibarən açıq

Read More
Ölkə Xəbərlər

Bakıda D-8 media forumu işinə başlayıb

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilir. Gundelik.az xəbər verir, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin

Read More
Ölkə Xəbərlər

Bu ilin doqquz ayı ərzində 441 qanunsuz tikili sökülüb – RƏSMİ

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində 686.9 hektar torpaq sahəsinin zəbt olunması aşkarlanıb. Gundelik.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin dövrdə 39.18 ha zəbt edilən torpaq sahələrində 2187 hal üzrə özbaşına tikinti işləri aparılıb. Bunun 1584-ü (62%) yaşayış (24.48 ha), 603-ü (38%) qeyri-yaşayış

Read More
Ölkə Xəbərlər

İordaniyadan Azərbaycana idxal olunan pendirdə zərərli bakteriyalar aşkarlandı

İordaniyadan Azərbaycana idxal olunan 1200 kq pendirdə zərərli bakteriyalar aşkarlanıb. Bu barədə Gundelik.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib “GFC” MMC-nin İordaniyadan idxal etdiyi 1200 kq “Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər” əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib. Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Read More
Ölkə Xəbərlər

MİDA Saray kompleksinin tikintisi üçün daha bir podratçı şirkətlə razılaşdı, 31 milyon manatlıq LAYİHƏ

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin tikintisi ilə bağlı daha bir podratçı şirkət müəyyənləşib. Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu, “GM Construction” şirkətidir. Şirkət 4,5 ha torpaq sahəsində salınacaq yaşayış kompleksinin 8 və 9 nöm-li 16 mərtəbəli, 10, 11 və 12 nöm-li 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13

Read More
Ölkə Xəbərlər

Xankəndidə bu Dövlət Agentliyinin filialı faəliyyətə başlayır

Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Qarabağ Filialı faəliyyətə başlayır. Gundelik.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub. Məlumata görə, Agentliyin Qarabağ Filialı Xankəndi şəhərində fəaliyyət göstərəcək. Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin hazırda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Xaçmaz, Lənkəran, Kürdəmir, İmişli, Tovuz və Şəki filialları göstərir. İşğaldan azad

Read More
Ölkə Xəbərlər

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında tıxac var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Gundelik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti

Read More
Ölkə Xəbərlər

Xocavənddə evlərin layihələndirilməsinə 4 milyon manat ayrıldı

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti evlərin layihələndirilməsi ilə bağlı yeni nəhəng müqavilələr bağlayıb. Gundelik.az xəbər verir ki, müqavilələrin biri “Era Design Group”, digəri isə “Himmen Construction” şirkəti ilə imzalanıb. Müqavilələrdə Xocavənd şəhəri və rayonun Xocavənd, Qarazəmi, Ağkənd, Güney Çartar, Quzumkənd, Cütçü, Qarakənd, Kiş kəndlərində fərdi evlərin layihələndirilməsi nəzərdə tutulur.  Müqavilələrin maliyyə

Read More