28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir
1918-ci il may ayının 28-də çox gərgin siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, dili, dini sıxışdırılan xalqımız özünün hüquqi, dünyəvi və demokratik respublikasını yaratdı. Məhz bu tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olmuşdur. Müstəqil, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Cümhuriyyət cəmi 23 ay fəaliyyəti dövründə xalqın milli
