Kanadanın Baş naziri Mark Karni İrandaki müharibədə işdirak edən tərəfləri hərbi əməliyyatları tez bir zamanda azaltmağa çağırdı və zərbələri dəstəkləsə də, bu mövqeyi “təəssüflə” tutduğunu söylədi.
Hind-Sakit okean turunun ikinci dayanacağı olan Sidneydə jurnalistlərə danışan Karni İran haqqında bildirib ki, Kanada “bu ciddi qlobal təhlükəni neytrallaşdırmaq vacibliyini uzun müddətdir dəstəkləyir”.
O əlavə edib: “Lakin biz bu mövqeyi təəssüflə qəbul edirik, çünki mövcud münaqişə beynəlxalq nizamın uğursuzluğunun daha bir nümunəsidir.”
ABŞ və İsrail şənbə günü İrana zərbələr endirməyə başladılar. İran buna cavab olaraq İsrailə və ABŞ-la müttəfiq olan Körfəz ölkələrinə raketlər və dronlar atdı.
Avstraliyada jurnalistlərlə söhbəti zamanı Karni ABŞ və İsraili “Birləçmiş Millətlər Təşkilatı ilə əlaqə saxlamadan və ya Kanada da daxil olmaqla müttəfiqlərlə məsləhətləşmədən” hərəkət etdiklərinə görətənqid edib.
Kanada lideri İranın nüvə bombasına sahib olmasının “böyük təhlükə” olacağını bildirib və İran rejmini “dünyada ən böyük terror ixracatçısı” adlandırıb. Karni bildirib ki: “Heç kimin səhranın bir mil dərinliyində basdırılmış mülki nüvə proqramı yoxdur. Bu, bir təhlükədir.”
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: BBC news
Gundelik.az

