Gundelik.az Dünya Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır
Dünya Siyasət Xəbərlər

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır

Seul və Kiyev arasında yaranmış siyasi gərginlik səbəbindən Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır.

Gundelik.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu diplomatik narazılığa səbəb kimi Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışı göstərilir. O, həmin tədbirdə KXDR-ə məxsus iki əsir hərbçinin Seula təhvil verilməsi barədə açıq şəkildə məlumat vermişdi.

Cənubi Koreya rəsmiləri bildiriblər ki, həm hərbçilərin, həm də onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bu məlumatlar gizli saxlanılmalı idi. Ukrayna tərəfi isə məxfiliyin qorunması ilə bağlı hər hansı razılaşmanın olduğunu təkzib edib.

Exit mobile version