Cənubi Koreya Şimali Koreyanın ABŞ-yə hücum etmək potensialına malik olduğunu xəbərdarlıq edib.
Gundelik.az xəbər verir ki, “The Korea Times”ın məlumatına görə, nazir Çunq Almaniyaya rəsmi danışıqlar üçün səfəri zamanı mövcud vəziyyət barədə açıqlama verib.
Çunq bildirib ki, Şimali Koreya ABŞ materikinə hücum edə biləcək üç ölkədən birinə çevrilib və bu vəziyyəti “rasional” qəbul etmək vacibdir. O, əlavə edib ki, əgər Şimali Koreya iqtisadi islahatlar və açıqlıq istiqamətində irəliləmək istəyirsə, bu yalnız Cənubi Koreya ilə əməkdaşlıq yolu ilə mümkün ola bilər.
Nazir, Şimali Koreya lideri Kim Çen In ilə ABŞ prezidenti Donald Tramp arasında yeni görüşün mümkünlüyündən danışaraq, hər iki tərəfin görüşmək istədiyini və Kimin son mesajlarının həm ABŞ-a, həm də Cənubi Koreyaya ünvanlandığını vurğulayıb.
Gundelik.az

