Gundelik.az Dünya Cənubi Koreya prezidenti Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmağa çağırıb
Dünya Siyasət Xəbərlər

Cənubi Koreya prezidenti Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmağa çağırıb

Cənubi Koreya Prezidenti Li Çje Myon Pxenyanla dialoqun bərpasının tərəfdarıdır, lakin etiraf edir ki, hazırda bunu etmək çətindir.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə bildirib.

“Biz ABŞ ilə aydın koordinasiya əsasında Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmalıyıq”, – Li Çje Myon mətbuat konfransında deyib.

Onun fikrincə, dialoqun tamamilə dayandırılması axmaqlıqdır.

Cənubi Koreya prezidenti Şimalla dialoqu bərpa etmək üçün çətinliklərin olduğunu etiraf edib, lakin Seulun bu yaxınlarda Şimalla sərhəddə təbliğat yayımını dayandırmasının əlaqələrin bərpasına kömək edə biləcəyinə ümid etdiyini bildirib.

Gundelik.az 

Exit mobile version