Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası bir sıra sərfiyyat mallarının satın alınması ilə bağlı hazırlıqlara başlayıb.
Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata görə, koronar və periferik stentlər, xüsusi balonlar və digər invaziv sərfiyyat mallarının satın alınması nəzərdə tutulub.
Sərfiyyat mallarının satınalınmasına 2,5 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

