Gundelik.az Xəbərlər İqtisadiyyat Bu sahibkarların vergi yükü azalacaq – Deputat
İqtisadiyyat Xəbərlər

Bu sahibkarların vergi yükü azalacaq – Deputat

Bir sıra qruplar Vergi Məcəlləsinə dəyişikliklərə istinad etmədən dəyişikliklər haqqında real olmayan fikirlər səsləndirirlər.

Gundelik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zaman deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bəziləri bu dəyişikliklərin mikro və kiçik sahibkarlar üçün əlavə vergi yükünün yaradacağını iddia edir: “Lakin bu doğru deyil. Dəyişikliklər mikro və kiçik sahibkarlar üçün əlavə vergi yükü yaratmır, əksinə sadələşdirilmiş vergi limiti 200 min manatdan 400 min manata yüksəldilir. Bu da o deməkdir ki, sadələşmiş vergi dövriyyəsi artırıldığı üçün mikro və kiçik sahibkarların vergi yükü azalacaq”.

Exit mobile version