Dövlət qulluğuna qəbul maddəsinə edilən dəyişikliklər proseduraların asanlaşdırılmasına və dəqiqləşdirilməsinə xidmət edir.
Gundelik.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyin müzakirəsi zaman deyib.
Deputat qeyd edib ki, bununla yanaşı, həmin maddə üzrə dövlət qulluğuna qəbul proseslərin daha sadələşdirilməsi məqsədəuyğun olardı.
“Dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir.
Ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 2,0 faiz artaraq 1971,0 manata çatıb. Bu il reallaşan sosial paket həmin vətəndaşlarımızın əmək haqqlarında daha yüksək artımlara imkan verib. Bununla yanaşı, hazırdda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta aylıq əmək haqqından 2 dəfə çoxdur. Bu də dövlət qulluğuna marağın yüksək olması səbəblərindən biridir.
Dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatlarda çalışır. 92.6 faizi digər təsnifatlarda o cümlədən, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər. Bu isə o deməkdir ki, dövllət qulluqçuların böyük əksəriyyəti üçün işə qəbul ilə bağlı tələblər tətbiq olunur. Bununla yanaşı, hazırda dövlət qulluqçularının 69.5 faizi 5 ildən çox çalışanlardır”.
Deputat qeyd edib ki, dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir:
“Təbii ki, bu sahədə aparılan dərinləşidirlimiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib. Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur”.
