Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Xok, Qarabağlar, Şahtaxtı və Çalxanqala kəndlərində uşaq əyləncə parkları tikiləcək.
Gundelik.az-ın məlumatına görə, parkların eni 30 metr, uzunluğu 20 metr olacaq.
Belə ki, Kəngərli Rayon İcra Hakimiyyəti (RİH) uşaq əyləncə parklarının tikintisinin layihələndirmə işi ilə bağlı müvafiq işlərə başlayıb.
RİH sözügedən parkların salınmasının 140 263 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
