Tailandla sərhəd münaqişəsi səbəbindən təxminən 130 min Kambocalı uşaq və onların ailələri evlərini tərk etmək məcburiyyətində qalıb.
Gundelik.az xəbər verir ki, bu barədə Kambocanın informasiya naziri Neth Pheaktra bildirib.
Məlumata görə, sərhəd münaqişəsinin şiddətlənməsi səbəbindən Kambocanın altı əyalətindən təxminən 126.500 ailə və ya təxminən 422.700 sakin evlərini tərk edib. Onların arasında təxminən 344 min nəfər qadın və uşaq olub.
Son məlumatlara görə, Kambocada artilleriya atəşi nəticəsində 15 mülki şəxs həlak olub, 76 nəfər yaralanıb.

