Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xüsusi təyinatlı tibbi avtomobil alır.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, alınacaq avtomobil cəzaçəkmə müəssisələrində məhbuslar arasında vərəm infeksiyasına qarşı müayinə üçün istifadə olunacaq.
Belə ki, artıq bununla bağlı nazirlikdə müvafiq işlərə başlanılıb.
Nazirlik hazırda avtomobili təhvil verəcək şirkət axtarışındadır.
Eyni zamanda nazirlik sözügedən avtomobilin satın alınmasına 254 966 manat sərf olunacağını proqnozlaşdırıb.
Gundelik.az
