İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Bu aviaşirkətin bazar dəyəri 4,3 milyard dollar azalıb

Hindistanın ən böyük hava yolu şirkəti “IndiGo”nun bazar dəyəri uçuşların ləğvinə görə 4,3 milyard dollar azalıb.

Gundelik.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Aviaşirkətin səhmləri isə 7,6% azalıb.

Qeyd edək ki, ölkənin müxtəlif şəhərlərində hava limanlarında davam edən əməliyyat fasilələri səbəbindən aviaşirkət dekabrın 2-dən bəri artıq 4500-dən çox reysi ləğv edib.

Əlavə edək ki, Hindistanın daxili və beynəlxalq hava trafikinin 60%-ni təşkil edən “IndiGo”, 400-dən çox təyyarə parkına malikdir. Aviaşirkət gündə adətən 2000-dən çox uçuş həyata keçirir.