Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Britaniyada mütəxəssislər: Kiçik yaşlı uşaqlara süni sərinləşdiricili içkilər verilməməlidir
Kateqoriya seçilməyən Xəbərlər

Britaniyada mütəxəssislər: Kiçik yaşlı uşaqlara süni sərinləşdiricili içkilər verilməməlidir

Gundelik.az xəbər verirki,Böyük Britaniyada qida üzrə ekspertlər süni şirinləşdiricilər ehtiva edən içkilərin kiçik yaşlı uşaqlara verilməməsi ilə bağlı yeni tövsiyələr veriblər.Qidalanma üzrə Elmi Məsləhət Komitəsinin (SACN) tövsiyələrinə görə, aspartam, stevia, saxarin və sukraloza kimi maddələrdən ibarət şəkərsiz içkilər, xüsusilə məktəbəqədər yaşlı uşaqlar üçün uyğun deyil. Onların suyun dadına öyrəşdirilməsi tövsiyə olunur.Süni şirinləşdiricilər kalorisi az və ya sıfır olan, şəkərin əvəzedicisi kimi istifadə edilən maddələrdir və hazırda Birləşmiş Krallıqda istifadəsinə icazə verilənlər sərt təhlükəsizlik testlərindən keçib.Bununla belə, bəzi mütəxəssislər narahatdır ki, bu cür maddələr uşaqlarda şirin dadlara olan alışqanlığı artırır və bu vərdişin gələcəkdə dəyişdirilməsi çətin olur.Qeyd olunur ki, böyük yaşlı uşaqlar üçün süni şirinləşdiricilər şəkər istehlakını azaltmaqda faydalı ola bilər.

Gundelik.az

 

Exit mobile version