İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Braziliyanın sabiq prezidenti ev dustaqlığı qərarına etiraz edəcək

Braziliyanın keçmiş prezidenti Jair BolsonaronJair Bolsonaronun vəkilləri onun ev dustaqlığına buraxılması ilə bağlı Ali Məhkəmənin qərarına qarşı apellyasiya şikayəti verməyə hazırlaşır.

Gundelik.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qərar Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleksandre de Moraes tərəfindən verilib. Hakim bildirib ki, Bolsonaro çevriliş cəhdinə dair istintaq çərçivəsində tətbiq olunan profilaktik tədbirləri pozub. Xüsusilə, o, sosial şəbəkələrdən istifadə qadağasını yerinə yetirməyib.

“Qanun hamı üçün eynidir. Profilaktik tədbirləri qəsdən pozan şəxs hüquqi cəzaya məruz qalmalıdır”, – deyə hakim Moraes qeyd edib.

Həftəsonu Braziliyanın müxtəlif şəhərlərində Bolsonaroya dəstək aksiyaları keçirilib. Etirazçılar parlamentdən keçmiş prezidentin əfv olunmasını tələb ediblər. Rio-de-Janeyroda təşkil olunan mitinqdə Bolsonaro oğlunun telefonu vasitəsilə izdihama müraciət edib. Bu hərəkət də hakimin qərarına zidd hesab olunub.

Bolsonaro dövlət çevrilişinə cəhd və başqa ağır ittihamlarla təhqiq edilir. Onunla yanaşı daha 7 nəfər də eyni ittihamlarla üzləşir. Təqsirli bilinəcəkləri təqdirdə onları 40 ilə qədər həbs cəzası gözləyir.

Fevral ayında isə prokurorluq Bolsonaronu hazırkı prezident Luiz İnasio Lula da Silvaya qarşı sui-qəsddə ittiham edib. O, həmçinin 2023-cü ilin yanvarında baş vermiş iğtişaşlara görə də məsuliyyətə cəlb olunur.

Hazırda Bolsonaro 2030-cu ilə qədər prezidentliyə namizədliyə qadağa alıb. Lakin o, bu qərarın ləğvinə nail olaraq 2026-cı il seçkilərində iştirak etməyi planlaşdırır. ABŞ-ın sabiq prezidenti Donald Tramp dəfələrlə ona dəstək ifadə edib və məhkəmə prosesinin dayandırılmasını tələb edib.

Gundelik.az