“Petrokem Qrup” MMC nizamnamə kapitalını kəskin azaldır.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Məlumata görə, şirkət nizamnamə kapitalının 8.508.500 manat azaldılaraq 4.581.500 manat müəyyən olunduğunu elan edib.
Hazırda isə şirkətin nizamnamə kapitalı hələ ki 13 090 000 manatdır.
“Petrokem Qrup” MMC-nin debitor və kreditorları bu barədə xəbərdar edilib və qanunvericiliyə əsasən kreditorların nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilib.
Xatırladaq ki, “Petrokem Qrup” 1993-cü ildə yaradılıb, qanuni təmsilçisi Fərhad Əliyev Əhəd oğludur.
Şirkət BP-nin Azərbaycanda sürtkü yağları üzrə eksklüziv distribyutorudur. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) və “Cənubi Qafqaz” boru kəməri (CQBK) üzrə obyektlərə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini həyata keçirir.

