İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

bp-nin aktivləri kütləvi satışa çıxarıla bilər

Böyük Britaniyanın neft şirkəti bp-nin yeni sədri Albert Manifoldun şirkətin qlobal biznesini “həddən artıq mürəkkəb” adlandıraraq aktivlərin satışına işarə etdiyi bildirilir.

Gundelik.az xəbər verir ki, bu barədə “Financial Times məlumat yayıb.

Oktyabrın 1-də vəzifəyə başlayan Manifold bildirib ki, BP portfelini diqqətlə nəzərdən keçirməli, biznesin sağlamlığını yaxşılaşdırmaq və səhmdar gəlirlərini artırmaq üçün təcili tədbirlər görməlidir.

BP artıq 2027-ci ilə qədər xalis borcunu 26 milyard dollardan 14–18 milyard dollara endirmək üçün aktiv satışlarından 20 milyard dollar cəlb etməyi planlaşdırır. Bu çərçivədə şirkət ilin birinci yarısında 483 milyon dollar EBIT əldə edən Castrol sürtkü yağları biznesini satır.

Manifold bildirib ki, “hazırda sahib olduğumuz bəzi aktivlər başqaları üçün daha qiymətli ola bilər”, lakin şirkətin daha yaxşı sahib olduğu aktivlər də var. Yeni sədr BP-nin biznes və strategiyasının hərtərəfli nəzərdən keçiriləcəyini və səhmdarlar üçün maksimum dəyər yaradılacağını vurğulayıb.

BP-nin səhmləri cümə axşamı ticarətin başlanğıcında 0,5% ucuzlaşıb. İlin əvvəlindən şirkətin bazar kapitallaşması 8,3%, FTSE 100 indeksi isə 15,5% artıb.

Gundelik.az