Böyük Britaniyada çıxan “Guardian” qəzetinin məlumatına görə, 2024-cü il Media Aktı çərçivəsində həyata keçiriləcək yeni qaydalara 500.000-dən çox izləyicisi olan isdənilən platformanı əhatə edəcək.
Yeni tənzimləməyə əsasən, müəyyən sayda isdifadəçiyə çatan rəqəmsal platformalar televizya kanalları ilə eyni yayım prinsiplərinə tabe olacaq. Bura məzmunun “zərərli, aldadıcı və ya ictimai rəyə mənfi təsil gösdərə biləcək” elementlərin olmamasının təmin edilməsi daxildir.
Xüsusilə xəbər məzmununda dəqiqliq və qərəzsizlik vurğulanır, eyni zamanda uşaqların və həssas qurupların müdafiəsinə yönəlmiş qaydalar da genişləndirilir. Məqsəd rəqəmsal platformalar və ənənəvi yayımçılar arasında tənzimləyici uçurumu azaltmaqdır.
Yeni çərçivə yalnız məzmun təhlükəsizliyi ilə məhdudlaşmayacaq. Qayda həmçinin platformalara əlçatanlıq ilə bağlı məsuliyyət qoyur. O, müəyyən nisbətlərdə subititrlər, audio təsvir və işarə dili kimi proqramların təmin edlməsini tələb edir. Bu, eşitmə və görmə qüsuru olan isdifadəçilər üçün məzmunu daha əlçatan etmək məqsədi daşıyır. Müvafiq olaraq məzmunun ən azı 80%-də alt yazı, 10%-də audio təsvir və 5% işarə dili seçimləri olmalıdır.
Rəqəmsal yayım platformalarının böyük auditoriya üçün əsas baxış sahəsinə çevrildiyini nəzərə alsaq, məqsəd əlçatanlıq standartlarını televizya ilə eyni səviyyəyə çatdırmaqdır.
Bu tənzimləmə ilə tamaşaçılar bu platformalardakı məzmunla bağlı bir başa Ofcom-a çikayət edə biləcəklər. Ofcom qaydalara əməl etməyənləri araşdıra və pozuntuya görə 250 min funt-sterlinqə qədər cərimə və ya şirkətin Böyük Britaniyadaki gəlirinin 5%-i qədər sanksiyalar tətbiq edə bilər.
Tərtib edən: Cəfərova Kəmalə
İsdinat: CNN Türk
Gundelik.az
