Gundelik.az xarici mətbuata istinadla bildirir ki, .ağır çəkidə boks əfsanəsi, “Böyük Corc” ləqəbiylə tanınan Corc Forman 76 yaşında dünyasını dəyişib. Amerikalı idmançı 1968-ci ildə Olimpiya qızıl medalını qazanmış və iki dəfə dünya çempionu olmuşdu – ikinci çempionluğu isə 45 yaşında qazanaraq boks tarixində ən yaşlı çempion kimi adını yazdırmışdı. 1974-cü ildə “Cəngəllikdə Döyüş” kimi tanınan tarixi qarşılaşmada Məhəmməd Əliyə məğlub olsa da, ümumilikdə 76 qələbə qazanmış, 68 döyüşü nokautla bitirmişdi – bu, Əlinin nəticələrindən iki dəfə çoxdur. Forman 1997-ci ildə boksdan ayrıldı, lakin öz adını daşıyan məşhur “George Foreman Grill” brendini təsis edərək boks karyerasından qat-qat böyük sərvət qazandı.
Gundelik.az

