Gundelik.az Mədəniyyət və cəmiyyət Boğazı tez-tez təmizləmək vərdişinə diqqət: Səs batıqlığının səbəbi ola bilər
Mədəniyyət və cəmiyyət Xəbərlər

Boğazı tez-tez təmizləmək vərdişinə diqqət: Səs batıqlığının səbəbi ola bilər

Davamlı olaraq boğazı təmizləmək ehtiyacı bir çox insan tərəfindən sadə vərdiş kimi qəbul edilir. Lakin bu hal səs batıqlığı, öskürək və xüsusilə səhər saatlarında artan boğaz narahatlığı ilə müşayiət olunursa, bunun altında başqa bir sağlamlıq problemi dayanır.

Mütəxəssislər bildirirlər ki, boğazı tez-tez təmizləmək səs tellərinin qıcıqlanmasına səbəb olur. Uzun müddət davam edən səs dəyişikliklərinə isə laqeyd yanaşmaq olmaz.

Səs batıqlığı səs tellərinin normal şəkildə titrəməməsi nəticəsində səsin boğuq, çatallı və ya zəif çıxmasıdır. Səs tellərində yaranan şişkinlik, qıcıqlanma, səsin həddindən artıq istifadəsi və struktur problemləri buna səbəb olur. Soyuqdəymə və yuxarı tənəffüs yollarının infeksiyaları da müvəqqəti səs batıqlığının ən çox rast gəlinən səbəblərindəndir.

Yüksək səslə danışmaq, uzun müddət qışqırmaq və səsi həddindən artıq yükləmək də səs tellərinə zərər verir.

Səs batıqlığının daha az bilinən səbəblərindən biri isə reflüdür. Mədə möhtəviyyatının qida borusundan yuxarı qalxaraq qırtlaq nahiyəsinə çatması səs tellərinin qıcıqlanmasına səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, infeksiya nəticəsində yaranan səs batıqlığı adətən qısa müddət ərzində aradan qalxır. Lakin 4 həftədən çox davam edən, təkrarlanan və ya getdikcə artan səs dəyişiklikləri mütləq həkim tərəfindən qiymətləndirilməlidir.

Boğazı tez-tez təmizləmək səs tellərində mexaniki qıcıqlanmaya səbəb olur. Buna görə də uzun müddət davam edən və səbəbi bilinməyən səs dəyişikliklərini sadəcə müvəqqəti narahatlıq kimi qəbul etmək olmaz. Erkən müayinə problemin səbəbinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version